Çili seçkiləri : Bakhelet və Matthei ikinci mərhələyə keçib - FOTOLAR
Movqe.Az xəbər verir ki, Solçu namizəd Mişel Bakhelet Çili Prezident seçkilərinin birinci mərhələsində qalib olub. Lakin səslərin çoxunu qazanmasına baxmayaraq, Xanım Bakhelet bütün əksəriyyətin səsini almağa nail olmayıb. O səslərin təxminə 47 faizini qazanıb. Onun əsas rəqibi Evelin Mathei isə 25 faiz səs toplaya bilib. Seçkilərin ikinci mərhələsi 15 dekabrda keçiriləcək. Xanım Mathei öz tvitter hesabında bildirib ki, "ikinci mərhələyə çatmaq heç şübhəsiz ki, böyük zəfərdir. Bu proyekt başlayanda bir çox şübhələrimiz var idi. Lakin indi biz burdayıq". Biz bu gecə qələbə çaldıq. İnanıram ki, dekabrda da qələbə bizimlə olacaq". Xatırladaq ki, Xanım Bakhelet 2006-2010-cu illərdə Çilinin ilk qadın prezidenti olub.