Əlaqə Arxiv
news Image
2013.11.18
14:01
| A A A
2014-cü ildə baş verəcək Günəş və Ay tutulmalarının tarixi açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanası 2014-cü ildə baş verəcək günəş və ay tutulmalarının tarixini açıqlayıb.


Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, gələn il iki Günəş, iki Ay tutulması olacaq. Gələn il Ay və Günəş tutulması aprel və oktyabr aylarında qeydə alınacaq. Bu hadisələrin heç biri Azərbaycanda müşahidə olunmayacaq.

 

İlk Ay tutulmasının aprelin 15-də baş verəcəyini deyən X. Mikayılov qeyd edib ki, bu proses 3 saat 35 dəqiqə davam edəcək: "Bakı vaxtı ilə saat 10:58-də başlayacaq Ay tutulması saat 14:33-də başa çatacaq. Tutulma Avstraliya, Sakit Okeanda və Amerikada müşahidə olunacaq. Oktyabrın 8-də qeydə alınacaq ikinci Ay tutulması isə 3 saat 29 dəqiqə davam edəcək. Asiya, Avstraliya, Sakit okean və Amerikada müşahidə ediləcək Ay tutulması saat 14:15-də başlayacaq və saat 17:34-də başa çatacaq".

 

X. Mikayılov qeyd edib ki, gələn il ilk Günəş tutulması aprelin 29-da qeydə alınacaq. Həlqəvari Günəş tutulması adlanan hadisə Avstraliya, Hind Okeanı və Antarktikada müşahidə olunacaq: "İlk Günəş tutulması Bakı vaxtı ilə saat 8:54-də başlayacaq, saat 13:14-də başa çatacaq. İkinci Günəş tutulması isə oktyabrın 24-də qeydə alınacaq. Oktyabrın 24-də Bakı vaxtı ilə saat 00:40-da başlayacaq ikinci Günəş tutulması saat 04:52-də başa çatacaq. Bu tutulma hadisəsi Şimali Amerika və Rusiyanın 10-a yaxın ərazilərində müşahidə ediləcək".


Sizin Reklam Yeriniz