Əlaqə Arxiv
news Image
2013.11.18
16:10
| A A A
Serj Sarkisyan Azərbaycan prezidenti ilə görüşəcəyini təsdiqləyib

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini təsdiqləyib.

APA-nın Ermənistan prezidentinin saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyan bu gün axşam Avstriyaya işgüzar səfərə yollanacaq. Səfər zamanı onun Avstriya prezidenti Hayns Fişerlə görüşü də nəzərdə tutulub.

 Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri noyabrın 19-da Vyanada görüşəcəklər. 


Sizin Reklam Yeriniz