“Twitter” daha bir jurnalisti işindən azad edib
Movqe.Az "Euronews"a istinadən bildirir ki,
"Twitter" jurnalistləri işindən azad etməyə davam edir. Fransada
bir jurnalist may ayının 6-da keçirilən prezidentlik
seçkilərinin ikinci turunda François Hollandenin seçilməsi ilə
bağlı sevincini "twitter"də paylaşdığı üçün işindən qovulub.
Fransız dövlət televiziyası "France 3" kanalının 25 illik təcrübəli müxbiri Cozef Tualın atdığı "tweet"lərə görə heç bir məlumat verilmədən giriş kartı ləğv edilərək işinə son qoyulub.
Cozef Tual prezidentlik seçkiləri dövründə də Nikolas Sarkozi əleyhinə etdiyi xəbərlərlə tanınırdı.
Birliklər jurnalistin kanal rəhbərliyinin heç bir rəsmi məlumat vermədən "ağır səhv" səbəbi ilə təcrübəli jurnalistin işinə son qoyulmasına qarşı reaksiya göstəriblər.