Əlaqə Arxiv
news Image
2013.11.19
11:05
| A A A
Xəstəxanadan qaçan ruhi xəstələr tutulub

Polis 4 qaçan xəstəni Sabunçu rayonu ərazisində saxlayıb

Bir neçə gün əvvəl Bakının Suraxanı rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 1 saylı psixiatriya xəstəxanasından qaçan 4 nəfər tutulub. Rayon Polis İdarəsindən Ans press-ə verilən məlumata görə, qaçan 4 nəfər elə Sabunçu rayonu ərazisində ələ keçib.


Qeyd edək ki, noyabrın 15-də saat 06:15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar.


Sizin Reklam Yeriniz