İtaliyada şiddətli qasırğa və daşqın olub - FOTOLAR
Movqe.Az BBC-yə istinadən xəbər verir ki, İtaliyanın Sardiniya adasında baş verən şiddətli qasırğa və onu izləyən güclü yağış nəticəsində ən az 14 nəfər dünyasını dəyişib. Çox sayda insan çayın daşaraq öz məcrasından çıxacağına, avtomobilləri sürüyəcəyi, körpüləri dağıtmasından narahatdır. Olbia şəhərinin şimal şərqi daha çox zərər görüb. Aralıq dənizi sahilində məskunlaşan yüzlərlə insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Sardiniyanın mülki mühafizə rəsmisi İtaliyanın "Rai" televiziyasına verdiyi müsahibəsində fəlakətlərə hazırlıqlı olduqlarını deyib. O vəziyyətin elə də gərgin olmadığını bildirib son 10 illə müqayisədə. Sardiniya qubernatoru Uqo Kapellaçi ən az 14 nəfərin dünyasını dəyişdiyini bildirib.