Əlaqə Arxiv
news Image
2013.11.19
13:03
| A A A
Ermənilər dinc sakinlərin evlərini atəşə tutublar

Hadisə nəticəsinə xəsarət alanlar olmasa da iri çaplı pulemyotlardan açılan atəş bir saat davam edib

Ötən gün axşam saatlarinda cəbhənin Qazax rayonu Məzəm, Əksipara və Quşcuayrım kəndləri istiqaməytində atəşkəs pozulub. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, atışma qarşı tərəfdən Noyanberyan və İcevan rayonları istiqamətində yerləşən Ermənistan ordusu tərəfindən 1 saata yaxın davam edib.


Sakinlərin sözlərinə görə, erməni tərəfi iri çaplı silahlardan istifadə edib. Atışmada xəsarət alan olmasa da, güllələr evlərə atılıb.


Azərbaycan Ordusunun hərbçiləri qarşı tərəfi cavab atəşilə susdurub.

Sizin Reklam Yeriniz