Əlaqə Arxiv
news Image
2013.11.20
10:05
| A A A
Samuxda iki avtomobil aşıb, yaralılar var

Samuxda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Qarayeri – Gəncə yolunda baş verib.

Gəncə şəhər sakini, 43 yaşlı Turab Piriyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə Samux rayon İstixana qəsəbə sakini 27 yaşlı Emin Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub. Bundan sonra hər iki avtomobil yolun kənarına aşıb.

 

Hadisə zamanı sürücülər, eləcə də Samux rayonunun İstixana qəsəbə sakinləri - 38 yaşlı Saleh Məmişov və 27 yaşlı Arzu Mehdiyev ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Arzu Mehdiyevin onurğası sındığından, ağır vəziyyətdə Bakıdakı tibb müəssisələrindən birinə göndərilib. Digər yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Samux rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır. Hadisəyə yüksək sürətlə hərəkət edən iki avtomobilin bir-biri ilə yarışmasının səbəb olduğu ehtimal edilir.  


Sizin Reklam Yeriniz