İtkin düşən BDU tələbəsindən xəbər var
Asim Məmmədovu Bakıda görən olub
Üç gün bundan əvvəl itkin düşmüş Dakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovu Bakıda görən olub.
Bunu Ans press-ə açıqlamasında, Asimin anası Samirə Məmmədova bildirib. Onun dediyinə görə, oğlunu şəhərdə görən şəxs, sonra Facebookda yazıb: "Mən bu barədə məlumatı Facebook sosial şəbəkəsində gördüm".
Qeyd edək ki, Asim Məmmədov evdən çıxmamışdan əvvəl mobil telefonunun ekranında tabut şəkli qoyulub və rus dilində bu sözləri yazıb: "Mən, bu həyatda belə yaşamaq istəmirəm. Hər şeyə görə bağışla".