Ağ ev nümayəndəsi bildirib ki, əgər Tehranla bağlı məsələdə razılığa gəlinməsə İran uranı zənginləşdirmə işini davam etdirəcək.Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir. P5+1 qrupu millətlərindən olan səfirlər çərşənbə günü Genevada İranla bağlı danışıqların yeni mərhələsinə başlayacaq. İran Xarici İşlər Naziri məsələnin həll ola biləcəyinə ümüd edir. You Tube video paylaşma saytından verdiyi mesajda Cavid Zarif : "Biz sizdən hörmət gözləyirik və hətta tələb edirik. Biz İranlılar üçün enerji hansısa birliyə qoşulmaq və ya başqalarını hədələmək demək deyil. Nüvə enerjisi irəliləyişlə əlaqədardır, öz taleyinə özündən çox başqalarının qərar verməsinə icazə verməklə bağlı irəliləyiş. Prezident Obama çərşənbə axşamı Ağ ev senatorları dövlət katibi Con Kerri və Milli təhlükəsizlik Məsləhətçisi Suzan Rays ilə 2 saatlıq görüş keçirib. Son günlərdə bəzi ABŞ qanunvericiləri Ağ evin çox tez hərəkət etməsi və Tehranla daha sərt yol almalarından narahat olduqlarını deyib. Mətbuat katibi Cey Karney Cənab Obamaya bildirib ki, İran razılığa gəlməsə , senatorların yeni sanksiyası tamamilə uğursuzluğa düçar olacaq. Prezident həmçinin, İrana 40 milyar dollar yardım edəcəyiylə bağlı xəbərləri də yalanlayıb.