Baş hakim Şimali İrlandiya konfliktini qiymətləndirib
Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Şimali İrlandiya baş hakimi problemlərdən qaynaqlanan ölümlərin davam etdiyini və buna son qoyulması lazım olduğunu bildirib. Bu o deməkdir ki, əksər ölümlərin səbəbi parlamentdən, polisdən və ya ordudan qaynaqlanır. Təxminən 3.500-dən çox insan son 3 onillikdə baş verən Şimali İrlandiya ziddiyyətləri zamanı öldürülüb. Cənab Larkin "BBC"yə verdiyi müsahibəsində : "Belfast Müqaviləsindən 15 ildən çox keçməsinə baxmayaraq deyə bilərəm ki, bu müddətdə çox az irəliləyiş olub, hər səlahiyyətli hüquqşünas sizə günahkarı axtarmaqla bağlı olan ümüdlərinin azaldığını deyəcək. Düşünürəm ki, hər ötən ilə görə vəziyyəti qiymətləndirmək məcburiyyətindəyəm".