Əlaqə Arxiv
news Image
2013.11.20
13:18
| A A A
Misirdə hücumlar səngimək bilmir

Şimali Sinayın el-Ariş şəhərində baş verən bombalı hücumda ən az 10 Misir əsgəri həlak olub, çoxsayda insan ciddi xəsarət alıb. Movqe.Az "Al-Masri al-Youm" qəzetinə istinadən bildirir ki, əsgərləri daşıyan avtobus Xarouba bölgəsindən keçərkən yol kənarına atılan bomba partlayıb. Bir təhlükəsizlik qaynağı, ölüm sayının daha çox olduğunu bildirib. İslamçı Prezident Məhəmməd Mursi hakimiyyəti devrildikdən sonra belə hücumların sayı da artıb. Hadisə 05.45 radələrində baş verib. Al-Ahram vebsaytına görə isə, partlayışda 26 əsgər həlak olub. 

Sizin Reklam Yeriniz