Əlaqə Arxiv
news Image
2013.11.20
16:46
| A A A
Senator bıçaqlandı, oğlu ölü tapıldı

Movqe.Az xəbər verir ki, ABŞ-da , Virginia Əyaləti senatoru Creigh Deeds , 24 yaşındakı oğlu tərəfindən bıçaqlanıb . Atasını ağır yaralayan gəncin hadisədən sonra canına qəsd etdiyi deyilib. 

Polis tərəfindən edilən şərhə görə , Demokratik Partiya Virgina Əyalət senatoru Creigh Deeds , yerli saatla 07.30 radələrində oğlu tərəfindən hələlik səbəbi bilinməyən bir mübahisə nəticəsində bıçaqlanıb. Qonşuların xəbəri ilə hadisə yerinə gələn polis qrupları , atasını yaraladıqdan sonra intihar edən 24 yaşlı gənc Gusın cəsədini tapıb.

Yaralı olaraq avtomobilinə minərək hadisə yerindən uzaqlaşmağa çalışan senator , qardaşı oğlu tərəfindən tapılaraq bir ferma evinə aparılıb, buradan təhlükəsizlik qüvvələrinə məlumat verilərək kömək istənməsiylə hərbi vertolyotla Virginia Universitet Xəstəxanasına qaldırıldığı açıqlanıb.



Sizin Reklam Yeriniz