Əlaqə Arxiv
news Image
2013.11.20
17:36
| A A A
Baş onkoloq: " Şüa terapiyasına ehtiyacı olan onkoloji xəstələri əməliyyat edərək vəziyyətlərini daha da ağırlaşdırlar"

"Azərbaycanda onkoloji və ürək xəstəliklərinin müalicəsinin yalnz ixtisaslaşmış tibb müəssisələrində aparılmsı ilə bağlı qanunun qəbulu vacibdir. Çünki bu gün bəzi özəl tibb müəssisələrində şüa terapiyasına ehtiyacı olan onkoloji xəstələri əməliyyat edərək vəziyyətlərini daha da ağırlaşdırdıqdan sonra Milli Onkologiya Mərkəzinə gətirilir".

Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli söyləyib. A. Kərimli bildirib ki, indi bir çox tibb müəssisələri onkoloji xəstəliklərin müalicəsi ilə məşğuldur: "Onkoloji xəstəliklərin müalicəsi ilə ixtisaslaşmış tibb müəssisəsi məşğul olmalıdır. Çox təəssüf ki, bəzən digər tibb müəssisələri belə xəstələri müalicə edərkən vəziyyətlərini bir qədər də ağırlaşdırıb Milli Onkologiya Mərkəzinə göndərirlər. Belə halda onların müalicəsi effekt vermir. Onkoloji xəstələrin müalicəsi ixtisaslaşmış tibb müəssisəsində aparılmalıdır ki, həkim həmin tibb müəssisəsinin imkanalarından, avadanlıqlarından istifadə edilməklə xəstəni müalicə etsin. Bu gün şüa terapiyasının aparılması üçün imkan Azərbaycanda Milli Onkologiya Mərkəzində və Gəncədə Onkoloji Xəstəxanasında mövcuddur. Əgər bu qanun qəbul olunsa onkoloji xəstəliklərin müalicəsi təynatı üzrə xəstəxanalarda aparılacaq. Bu qəbulu çox vacib olan bir qanun layihəsidir". 

Sizin Reklam Yeriniz