Təxminən 2 mindən çox Əfqan rəsmiləri uzun vaxtdır gözlənilən ABŞ-la ikitərəfli təhlükəsizlik razılığı əldə etmək üçün böyük yığıncaq keçirib. Loya Jirgada müzakirə olunan anlaşmaya görə ABŞ qoşunları 2014-cü ilə kimi ölkədə qala bilər. Movqe.Az BBC-yə istinadən xəbər verir ki, əsas məsələlərdən biri isə ABŞ qoşunlarının hansı şərtlərdə Əfqan evlərinə girə bilmələri olub. Başqa bir çətin məsələ isə ABŞ qoşunlarının Əfqan və ya ABŞ məhkəmələrinə tabe olub-olmamasıdır. Qanun layihəsinə görə ABŞ qoşunu yerli məhkəmədən daha çox ABŞ məhkəməsundə mühakimə olunmalıdır. Loya Jirga yığıncağını açıq elan edən Prezident Həmid Karzai bildirib ki, masadakı ən əsas məsələ təhlükəsizlik müqaviləsinin imzalanmasıdır. " Başqa bir gündəm yoxdur və ümüd edirəm ki, ayrı heç bir gündəm müzakirə olunmayacaq." Xatırladaq ki, çərşənbə günü ABŞ Təhlükəsizlik Katibi Con Kerri Əfqan rəsmilərinin hazırladıqları müqavilənin şərtləriylə razılaşdıqlarını bildirib.