Əlaqə Arxiv
news Image
2013.11.21
14:00
| A A A
“I Türk Dünyası Gənc İşadamları Toplantısı” keçiriləcək
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə İstanbul şəhərində, Dünya Türk Gəncləri Birliyinin layihəsi olan - "I Türk Dünyası Gənc İşadamları Toplantısı" keçiriləcək. Movqe.az-ın xəbərinə görə,toplantı 25-30 noyabr tarixində baş tutacaq. Toplantının məqsədi Türk Dünyası regionunun gənc işadamlarının arasında əməkdaşlığın və koordinasiyanın yaradılmasına, beynəlxalq ticarət sahəsindəki sinerjinin ölkəmizə transfer olunmasına kömək etməkdir. Türk Dünyasının Gənc İşadamları Toplantısının əsas hədəf qrupu Avrasiya regionunda yaşayan, beynəlxalq ticarət və biznes ilə məşğul olan, 22-28 yaş arasındakı gənc işadamları, şirkət rəhbərləri, ticari qurumların məsul işçiləri, iqtisadiyyatla əlaqədar dövlət qurumlarının əməkdaşları və təmsilçiləridir. Həmçinin 5 günlük Toplantının Proqramına, Heyət başçılarının görüşü, Türk Dünyasında İqtisadi münasibətlərin inkişaf prespektivləri müzakirəsi və türk xalqlarının etnik-mədəni axşamları daxildir. Tədbirdə Azərbaycanın və Türk dünyasının rəsmi simaları da iştirak edəcək.
Sizin Reklam Yeriniz