Əlaqə Arxiv
news Image
2013.11.21
14:29
| A A A
Göyçayda anasını bıçaqlayaraq qaçan 18 yaşlı oğlan tutulub

Göyçay rayonunda anasını bıçaqlayaraq qaçan oğlan tutulub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, dünən rayonun Kürdəmir kəndində 1976-cı il təvəllüdlü Heydərova Məhsəti Vaqif qızını bıçaqlayaraq evdən qaçan oğlu, 1995-ci il təvəllüdlü Heydər Heydərli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası, qara ciyərin kəsilməsi, daxili qanaxma diaqnozu ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Məhsəti Heydərova əməliyyat olunub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

Sizin Reklam Yeriniz