Əlaqə Arxiv
news Image
2013.11.21
20:21
| A A A
Rotterdam meri azərbaycanlı biznesmenləri ölkəsinə dəvət edib

Forumda hər iki tərəfdən sənaye, gəmiqayırma, konsaltinq, logistika və s. sahlərdə fəaliyyət göstərən 50-ə yaxın şirkətin nümayəndəsi iştirak edib

Azərbaycan və Niderland arasında biznes forum keçirilib. Movqe.az-ın məlumatına görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, gəmiqayırma, konsaltinq, logistika və s. sahlərdə fəaliyyət göstərən 50-ə yaxın şirkətin nümayəndəsi iştirak edib. Biznes forumda çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Aparat rəhbəri Samir Vəliyevin Azərbaycanla Niderland Krallığı arasında əlaqələrin uğurlu inkişaf etdiyini, hər iki ölkənin əməkdaşlığın genişləndirilməsində böyük önəm verdiyini diqqətə çatdırıb. Samir Vəliyev iki ölkə arasında iqtisadi sahələrdə əlaqələrin genişləndiriliməsi üçün böyük potensial olduğunu deyib.


Niderland Krallığının Rotterdam şəhərinin meri Əhməd Əbutalib Azərbaycana səfərindən məmnunluğunu ifadə edib və rəhbərlik etdiyi şəhərin əsas iqtisadi sahələri barədə məlumat verib. Rotterdam meri Azərbaycanlı iş adamlarını Rotterdam şəhərinin iş adamları ilə fəal əməkdaşlığa dəvət edib. Əhməd Əbutalibin Niderladndın biznes və investisiya imkanları barədə təqdimatı Azərbaycan iş adamları tərəfindən maraqla qarşılanıb.


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov və Niderlandın İxracın Təşviqi Şurasının Mərkəzi və Şərqi Avropa üzrə regional meneceri Villemie Everstin müvafiq olaraq Azərbaycan və Niderlandın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış edib.


Sizin Reklam Yeriniz