Kolumbiya Prezidenti Juan Manuel Santos özünün yenidən seçilmə hədəfini tamamlamaq üçün vite-prezident axtarır. Çərşənbə günü cənab Santos 2010-cu ildən bəri idarə etdiyi ofisini yenidən əlində saxlamaq niyyətində olduğunu bildirib. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir. Lakin Vite-Prezident Ancelino Qarzon 2014-cü il seçkilərində prezident biletinin bir nümayəndəsi olmayacağını söyləyib. Vitse- Prezident başladığı işi bitirmək istədiyini və əsas məqsədlərindən birinin üsyançı qrup Farc-la davam edən sülh danışıqlarına nail olmaq olduğunu deyib. Təxminən danışıqların bir ilindən sonra hökümət və sol qanad militant qrup 6 maddəlik gündəmin iki məsələsində razılığa gələ bilib. Çərşənbə günü milli televiziyada etdiyi çıxışında, Cənab Santos prosesi sona qədər görməyin onun vəzifəsi olduğunu deyib.