Əlaqə Arxiv
news Image
2013.11.22
12:01
| A A A
AMEA-nın 2020-ci ilə qədərki inkişafını nəzərdə tutulan sənəd hazırlanacaq

Bu gün Azərbaycan Milli Elmlər  Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA prezidenti Akif Əlizadə mətbuat konfransı keçirib. Movqe.az-ın məlumatına görə, mətbuat konfransında AMEA-nın prezidenti son zamanlar akademiyada həyata keçririlən islahatlardan, maddi-texniki bazanın gücləndirilməsi, innovasiya xarakterli elmi-tədqiqat işlərinin genişləndirilməsi, əməkdaşların mənzil və iş şəraitinin yaxşılaşdırılması, dünyanın aparıcı elmi müəsissələr arasındakı əlaqələrinin qurulmasından danışıb.


Bundan əlavə A. Əlizadə bildirib ki, akademiyada aparılan islahatları sürətləndirmək, elmi müəssisələr arasındakı əlaqələrin gücləndirmək və tədqiqat işlərinin səmərəli mexanizmlər üzərində qurulmasını təmin etmək məqsədilə AMEA-nın elmi müəssisələrinin strukturları yenilənir: "Akademiyada idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi, problemlərin səmərəli həll yollarının axtarılması məqsədi ilə AMEA-nın Elmi Müəssiəsələrinin Direktorları Şurası yaradılıb. "Akademiya Şəhərciyi"ndə mərkəzi elmi kitabxananın və "Azərbaycan Milli Ensklopediyası" Elmi Mərkəzinin inşası, kimya problemləri, fizika və geologiya institutlarında aparılan əsaslı təmir bu ilin sonunda yekunlaşacaq. Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Stategiyanın müddəti bir ilə yekunlaşacaq və AMEA-nın 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan sənəd hazırlanacaq".

Sizin Reklam Yeriniz