Əlaqə Arxiv
news Image
2013.11.22
12:37
| A A A
Azərbaycan parlamenti 2014-cü ilin dövlət büdcə zərfini qəbul edib

Bu gün Milli Məclisin plenar iclasında büdcə məsələsinə daxil olan 6 qanun layihəsi qəbul edilib.


"APA-Economics"in məlumatına görə, millət vəkilləri millət vəkilləri "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2014-cü il üçün xərclər smetalarını, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında" qanunu qəbul ediblər.


İclasda çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsi layihəsi parlamentin komitələrinin iclaslarında geniş müzakirə olunub. Nazir qeyd edib ki, gələn ilin büdcəsi balanslaşdırılmış büdcədir və ölkənin inkişafına xidmət edəcək.

Sizin Reklam Yeriniz