Əlaqə Arxiv
news Image
2013.11.22
11:13
| A A A
Nəqliyyat Nazirliyi üç rəqəmli marşurutlarla bağlı qərar verəcək
Paytaxtda üç rəqəmli avtobusların şəhərin mərkəzinə girişinin qadağan olunması ilə bağlı müzakirələr aparılır. Movqe.az-a -a bu barədə məlumat "Bakısərnişinnəqliyyat" Departamentindən verilib. E. Əzimov bildirib ki, üç rəqəmli avtobuslar şəhərə əsasən Bakı ətrafı kəndlərdən daxil olur: "Əvvəl aparılan islahatlarda şəhərin mərkəzi hissələrinə üç rəqəmli avtobusların girişi yasaqlandı. Amma hələ də bəzi üç rəqəmli marşurutlar şəhərin mərkəzinə daxil olur. Bu gün Mərdəkandan sərnişin daşıyan 136 saylı marşurutun son dayanacağı Səməd Vurğun bağının yanıdır. Bu kimi marşurutların şəhərin mərkəzinə sərnişin daşımasının yasaqlanması hələ ki müzakirə olunur. Ola bilər ki, bəzi marşurutların vacibliyi nəzərə alınıb həmin xətt üzrə şəhərin mərkəzinə giriş yasaqlanmadı. Hələki bu barədə qərar verilməyib. Hansılar ki, maneəçilik törətmir həmin xətlər saxlanılacaq. Hər halda bu barədə son qərarı Nəqliyyat Nazirliyi verəcək"    
Sizin Reklam Yeriniz