Əlaqə Arxiv
news Image
2013.11.22
15:25
| A A A
Latviyada market çökdü
Çökmə əsnasında Maximanın içərisində ən az 70 nəfər olduğu düşünülür.

Movqe.Az xəbər verir ki, Şimali Avropa ölkələrindən Latviyada bir supermarketin damının çökməsi nəticəsində 17 nəfər ölüb, 36 nəfər yaralanıb. Dağıntının altında qalan insanlar səbəbiylə ölü sayının artmasından qorxulur. Hadisə, Maxima adlı marketdə çox sayda müştərinin olduğu axşam saatlarında meydana gəlib. 2011-ci ildə inşa edilən və memarlıq dizaynıyla mükafat aldığı ortaya çıxan supermarketin damı çöküb. Hadisədən sonra bölgəyə çox sayda təcili yardım və xilasetmə qrupları sövq edilib. Xilasetmə qrupları, ordu dəstəkli işlərdə, dağıntı altında qaldığı təxmin edilən insanları tapmağa çalışır. Bölgəyə 70 əsgər göndərilib. Hadisə şahidləri, dam çökmədən əvvəl partlayış səsi duyulduğunu söyləyib. Çökmə əsnasında Maximanın içərisində ən az 70 nəfər olduğu düşünülür. Xilasetmə işləri davam edir.

Sizin Reklam Yeriniz