Əlaqə Arxiv
news Image
2013.11.22
16:02
| A A A
Gələn il miqrantlar yalnız küçə süpürə və maşın yuya bilərlər

2014-cü ildə Moskvada miqrantların sayı azalacaq

2014-cü ildə Moskvada miqrantların sayı azalacaq. RİA Novosti-nin verdiyi xəbərə görə, bunu Moskvanın Mərkəzi Dairəsinin prefekti Viktor Fuyer deyib. Onun sözlərinə görə, növbəti ildə xaricilərin işçi qüvvəsinin sayı xeyli azaldılacaq. Bu da nəticədə moskvalıların və ümumilikdə Rusiya vətəndaşlarının işlə təmin edilməsinə gətirib çıxaracaq. 


"Biz dəqiq bilirik ki, hansı peşə sahələrinə neçə mütəxəssis lazımdır. Miqrantları yalnız ərazilərin təmizlənməsi və mühafizə edilməsi işində, küçələrin və maşınların yuyulması işinə cəlb edəcəyik". 


Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda baş verən kütləvi etirazlardan sonra yerli polis işçiləri miqrantlara qarşı total reydlərə başlayıb. Moskva şəhərinin meri Sergey Sobyanin də sənədsiz miqrantlara qarşı mübarizənin gücləndirildiyini demişdi. O həmçinin ticarət obyektlərinin yenidən yoxlanılmasının və qeyri-leqal miqrantlara qarşı nəzarətin artırılmasının vacibliyini vurğulamışdı. Miqrantlara qarşı Rusiya tərəfinin belə aqressivliyi Yeqor Şerbakovun bıçaqla guya qafqazlı tərəfindən öldürülməsindən sonra baş vermişdi.

Sizin Reklam Yeriniz