“Unibank”da pul köçürmələrinin həcmi artıb
Bu ilin əvvəlindən indiyədək “Unibank”da pul köçürmələrinin həcmi 52%-ə yaxın artıb.
Movqe.Az Economics"ə istinadən bildirir ki, ötən müddətdə "Unibank"da ən çox pul köçürmələri "Zolotaya Korona", "Contact" və "Monex" təcili pulköçürmə xidmətləri vasitəsilə aparılıb.
Hazırda "Unibank" "Contact", "Western Union", "Faster", "Xpress Money", "Migom", "LİDER", "Zolotaya korona", "BLİZKO", "Coinstar", "PrivatMoney" pulköçürmə sistemləri ilə əməkdaşlıq edir. Bundan əlavə, "Unibank" yerli "Monex" təcili pulköçürmə sisteminə də qoşulub.