Əlaqə Arxiv
news Image
2013.11.22
17:21
| A A A
Mikayıl Cabbarov: "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası təhsildə mühüm irəliləyişlərə nail olunacaq"

Bu gün Azərbaycan Təhsil Şurasının ümumi yığıncağı keçirilib. Movqe.az-a nazirlikdən verilən xəbərə görə, clasda təhsil naziri Mikayıl Cabbarov, Təhsil Şurasının sədri Əjdər Ağayev, təhsil müəssisələrinin rəhbərləri iştirak edib.  Əjdər Ağayev "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası: Dünənimiz, bu günümüz, sabahımız" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, bu gün yeniləşən cəmiyyətin yeni-yeni vəzifələri meydana çıxır. Bu baxımdan Dövlət Strategiyası xüsusi diqqət çəkir: "Sənəddə təhsillə bağlı strateji vəzifələr müəyyənləşdirilir. Strategiyanın müəyyənləşdirdiyi 12 illik ümumi təhsilə keçid, müəllimlərin əmək haqlarının stimullaşdırılması və keyfiyyət nəticəsinə görə diferensiallaşdırılması, ali məktəbdə ödənişli təhsil almaq istəyənlərin qabiliyyəti olan hər bir şəxsə şərait yaradılması, təhsil tədqiqatlarının yeni maliyyələşdirmə mexanizminin tətbiqi, xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması və uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi vacib məsələlərdəndir. Dövlət strategiyasının reallaşdırılması üçün fəaliyyət proqramı və tətbiq mexanizmləri lazımdır".

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkə təhsilinin əldə etdiyi uğurlar, mövcud problemləri və qarşıda duran məsələlər ətrafında geniş məruzə ilə çıxış edib. O bildirib ki, bu günlərdə qəbul edilən Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası təhsilin qarşısına bir sıra mühüm vəzifələr qoyur. Nazirin sözlərinə görə, strategiyada nəzərdə tutulan bütün prioritet istiqamətlər ölkə təhsilinin inkişafına yönəlib və bunlar da icra olunduqca, təhsildə mühüm irəliləyişlərə nail olunacaq.  İclasın sonunda Təhsil Şurasının nizamnaməsinə uyğun olaraq bu ilin dekabr ayında Azərbaycan müəllimlərinin XIV qurultayının çağırılması haqqında qərar qəbul edilib. Bundan əlavə, Təhsil Şurasının Hesablayıcı Komissiyası, İdarə Heyətinin üzvləri seçilib, "Təhsil və zaman" qəzetinin baş redaktoru və redaktoru təsdiq edilib.

Sizin Reklam Yeriniz