Əlaqə Arxiv
news Image
2013.11.25
08:19
| A A A
Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutublar

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən isə Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutub.


Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Tərtər rayonunun Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Sizin Reklam Yeriniz