Əlaqə Arxiv
news Image
2013.11.25
10:54
| A A A
88 yaşlı kişi özünü asdı

Gülmalı Əhməd oğlu Məmmədovun meyidi günorta saatlarında meşəlikdə ağacdan asılmış halda tapılıb

Ötən gün günorta saatlarında Gədəbəy rayonunun Qızıltorpaq kəndində 88 yaşlı kişi intihar edib. Gədəbəy rayon prokurorunun köməkçisi Anar Nağıyevin Anspress-ə verdiyi məlumata görə, yaşlı kişi müəmmalı səbəb üzündən kəndin kənarındakı meşəlikdə ağacdan özünü asıb.


Belə ki, 1925-ci il təvəllüdlü Gülmalı Əhməd oğlu Məmmədovun meyidi günorta saatlarında meşəlikdə ağacdan asılmış halda tapılıb. Dərhal hadisə yerinə polis, prokurorluq və digər hüquq-mühafizə orqanları cəlb olunub. Meyit müayinə üçün tibbi ekspertizadan keçirilib. Onun intihar etdiyi məlum olub. İntiharın səbəbi hələki məlum deyil.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Sizin Reklam Yeriniz