Türkiyənin şərqində zəlzələ baş verib
Ötən gün axşam saatlarında Türkiyənin simal-şərqində yerləşən Bolu vilayətinin Ulumescid rayonunda 4,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend Anadolu agentliyinə istinadən bildirib.
Boğaziçi Universitetinin Kandilli rəsədxanasının və Zəlzələ Araşdırmaları İnstitutunun məlumatlarına görə, yeraltı təkanlar yerli vaxtla saat 22:49 radələrində baş verib.
Məlumatda bildirilir ki, zəlzələ nəticəsində hələlik dağıntı, ölüm və xəsarət halları qeydə alınmayıb.