108 özəl tibb müəssisəsi yenidən yoxlanılacaq-Eksklüziv
Bu ilin sonunadək 108 özəl klinikaya tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın verilməsi müddəti başa çatır
Bu ilin sonunadək respublika ərazisində fəaliyyət
göstərən 108 özəl klinikaya tibb və ya əczaçılıq fəaliyyəti ilə
məşğul olmaq üçün xüsusi razılığın verilməsi müddəti başa çatır.
Movqe.az-ın əldə etdiyi xəbərə görə, həmin tibb müəssisələrində
Vergilər və İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yoxlama
aparılacaq. Nazirlikdən Movqe.az-a bildiblər ki, lisenziya müddəti
başa çatmış, amma lisenziya almaq üçün indidən müraciət edən özəl
tibb müəssisələrinin adı Səhiyyə, Vergilər və İstisadiyyat və
Sənaye Nazirliklərinin birgə izlədiyi sistemə salınmayacaq: "Əgər
artıq onların arasında lisenziya üçün müraciət edənləri varsa,
həmin özəl tibb müəssisələrinin adı sistemə salınmayacaq. Lisenziya
müddəti başa çatan, lakin lisenziya üçün müraciət etməyən özəl
klinikaların adı isə sistemdə qırmızı işıqla göstəriləcək ki,
Vergilər Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi həmin tibb
müəssisələrinin fəaliyyətlərini davam etdirib-etdirmədiyini
yoxlasın. Və cərimələr tətbiq etsin. Əgər lisenziya müddəti başa
çatan özəl tibb müəssisələri fəaliyyətlərini davam etdirəcəklərsə,
yenidən lisenziya almaq üçün Səhiyyə Nazirliyinə müraciət
etməlidirlər".
Qeyd edək ki, lisenziyanın verilməsi "Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında"Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına əsasən tibb və ya
əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın
(lisenziya) alınması məqsədi ilə ərizələrin və qanunvericiliyə
uyğun olaraq tələb olunan sənədlərin qəbulu artıq internet vasitəsi
ilə də həyata keçirilir. Lisenziya müddəti başa çatan özəl tibb
müəssisələrinin ərizələrin və tələb olunan sənədlərin internet
vasitəsi ilə elektron qəbulu üzrə konsultativ yardım Səhiyyə
Nazirliyinin Ümumi şöbəsində hər həftənin çərşənbə günləri saat
10.00- 13.00-dək göstərilir.