Əlaqə Arxiv
news Image
2013.11.25
15:25
| A A A
“Günəşli” yatağında yeni quyu istismara verilib

Quyu 4001-3975 metr intervaldan sutkalıq 55 ton neft və 36000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib

"Günəşli" yatağında yeni quyu istismara verilib. Dövlət Neft Şirkətinin saytında verilən məlumata görə, "Günəşli" yatağındakı 14-cü özüldən 41 nömrəli quyu qazmadan sonra istismara verilib.


"Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyu 4001-3975 metr intervaldan sutkalıq 55 ton neft və 36000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. 


Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Sizin Reklam Yeriniz