Əlaqə Arxiv
news Image
2013.11.25
14:34
| A A A
Ailədə zorakılığın artmasının səbəbi fiziki zor tətbiq edənlərə inzibati cəzanın verilməsindədir
Mətanət Əzizova: "Bu tendensiya çox pis nəticəyə, sonucda ailədaxili qətllərə gətirib çəxardır" "Azərbaycanda ailədə zorakılığın artmasının səbəbi fiziki zor tətbiq edənlərə inzibati cəzanın verilməsindədir. Zorakılığın qurbanı olan qadınların müdafiəsində qanunvericiliyə edilən son dəyişikliklər əngəl yaradır". 

Bu sözləri Movqe.az-a açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova verib. M. Əzizovanın sözlərinə görə, döyülmə Cinayət Məcələssindən çıxarılaraq inzibati xəta hesab olnuduqdan sonra ailədə həyat yoldaşlarına fiziki zor tətbiq edən kişilərdə bir qədər arxayınçılıq yaranıb: "Son vaxtlar Azərbaycanda aparılan təbliğat və maarifləndirmə işlərinə baxmayaraq ailədaxili zorakılıq halları artıb. Səbəb ailədə həyat yoldaşına zor tətbiq edən kişilərin bu hərəkətinin cinayət əməli kimi tanınmamasıdır. Çox təəssüf edirəm ki, Azərbaycanda zorakılığa qarşı qanun qəbul edilsə də, həmin qanun döyülən qadınların müdafiəsi üçün köməyə çatmır. Bu gün zor tətbiq edərək həyat yoldaşını döyən kişilər cərimə ödəməklə canlarını qutara bilirlər. Fiziki zor tətbiq etməyə görə inzibati cərimə nəzərdə tutulduğundan, ailələrdə bu cür hallar sürətlə artır". 

M. Əzizova bunun isə nəticədə ailədaxili qətllərin artmasına gətirib çıxardığını söyləyir: "Bu gün qadını döyən kişi canını cərimə ödəməklə qutarır. Sabah isə eyni əməli yenidən törədir. Bu tendensiya çox pis nəticəyə, sonucda ailədaxili qətlə gətirib çəxardır. Arvadını döyən kişi dünən əlinə qayış alırdısa, çox keçmir döymək üçün aləti dəyişir. Gələn dəfə əlinə balta alır. Bu gün çox sayda qadın var ki, biz onları müdafiə edərkən döyülmə əməlinin inzibati xəta kimi təsbit edilməsindən problem yaşayırıq".  Qeyd edək ki, bu gün Beynəlxalq Qadınlara qarşı zorakılığın qarşısının alınması günüdür

u gün Beynəlxalq Qadınlara qarşı zorakılığın qarşısının alınması günüdür


Sizin Reklam Yeriniz