Əlaqə Arxiv
news Image
2013.11.25
16:57
| A A A
Türkiyədəki sənədsiz azərbaycanlı uşaqların çoxu Naxçıvan MR-nın sakinlərinin nikahından dünyaya gəlib-Özəl
Türkiyədə yaşayan sənədsiz uşaqların çoxu Naxçıvan Muxtar Respublikasının sakinlərinin  birgə nikahından doğulan uşaqlardır. Bu məlumatı Movqe.az-a açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova verib. M. Əzizova bildirib ki, bu barədə Mərkəzə Türkiyədəki Qeyri Hökumət Təşkilatlarının rəhbərləri məlumat veriblər: "Bizə daxil olan məlumatlara görə, son illər Türkiyəyə işləmək üçün üz tutanların arasında Naxçıvan MR-nın sakinlərinin sayı kəskin artıb. Onla bu ölkədə əsasən tikinti sahəsində çalışırlar. Naxçıvandan Türkiyəyə işləməyə gedənlərin sayı çox olduğundan, bu ölkədə doğulan uşaqların da sayı kəskin artıb. Onlar Naxçıvana qeyri-leqal yolla getdiklərindən Türkiyədə doğulan uşaqlarına sənəd ala bilmirlər. Son məlumatlara görə, Türkiyədə minlərlə sənədsiz azərbaycanlı uşaq yaşayır. Hazırda Türkiyədəki QHT-lər həmin uşaqları siyahıya almaq istiqamətində işlər aparırlar. Siyahıya alınmaya azərbaycanlıları yaşadıqları məhəllələrdən başlanılıb".   
Sizin Reklam Yeriniz