Əlaqə Arxiv
news Image
2013.11.25
19:09
| A A A
İran Ermənistandan Araz çayının çirkləndirilməsinin qarşısını almasını istəyib
“İran və Ermənistan arasında iki ölkənin sərhədində elektrik enerjisinin mübadiləsi üçün yeni ötürücü xətlərin və su-elektrik stansiyasının (SES) tikintisi ilə bağlı razılıq əldə olunub”

Movqe.Az-ın Mehr" xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın energetika nazirinin beynəlxalq məsələlər üzrə müavini İsmayıl Məhsuli bildirib.

 

Onun sözlərinə görə, İranın energetika naziri Həmid Çitçianın Ermənistana sonuncu səfəri zamanı bank problemi və Araz çayının çirkləndirilməsi əsas müzakirə mövzusu olub: "İran Ermənistandan Atarak mis zavodunun tullantıları ilə Araz çayının suyunun çirkləndirilməsinin qarşısını almasını istəyib. Bundan əlavə, İran-Ermənistan üçüncü ötürücü elektrik xətti və Mehri SES-in inşası layihələrinin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. İran-Ermənistan arasında müştərək komissiyanın yığıncağının növbəti aylarda Tehranda keçirilməsi qərara alınıb".

 

İ.Məhsuli deyib ki, H.Çitçian İrəvana səfəri çərçivəsində Ermənistan prezidenti, bu ölkənin enerji və təbii ehtiyatlar, həmçinin ekologiya nazirləri, eyni zamanda Ermənistan Mərkəzi Bankının sədri ilə görüşüb.

Sizin Reklam Yeriniz