Əlaqə Arxiv
news Image
2013.11.26
10:05
| A A A
Bakıda 29 yaşlı gəncin başını kəsmək istədilər

Yaralanan gənc ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

Ötən gecə saat 22:30 radələrində Bakının Xəzər rayonu ərazisində 29 yaşlı oğlanın başını kəsmək istəyiblər. Hüquq-mühafizə orqanlarından Ans press-ə verilən məlumata görə, H.Qref küçəsində 1984-cü il təvəllüdlü Səhhət Heydərov boynundan bıçaqlanıb. Vuran şəxsin onun başını kəsmək istədiyi bildirilir. Hadisə nəticəsində ağır yaralanan S.Heydərov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.


Hadisə barədə ətraflı məlumat almaq üçün Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi ilə əlaqə saxladıq. Bölmənin növbətçi hissəsində hadisə barədə ətraflı məlumat verməkdən imtina etdilər. Üstəlik növbətçi hissədən bütün sullar kobud şəkildə cavablandırıldı.


Sizin Reklam Yeriniz