Əlaqə Arxiv
news Image
2013.11.26
11:00
| A A A
Mərkəzi Afrika Respublikasında xaos yarana bilər
Birləşmiş Millətlərin baş katibinin müavini Mərkəzi Afrika Respublikasında yaranan təcili aksiyalara görə çağırıldı, ölkədə xaos yarana biləcəyilə bağlı xəbərdarlıq edildi. Can Elison BMT Təhlükəsizlik Şurasına növbəti həftə baş tutacaq seçkilər səbəbilə Afrika  Birliyini gücləndirmək təlimatını verib. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir. O bildirib ki, hazırlıqlar gərək AU qüvvələrindən Birləşmiş Millətlər sülh əməliyyatlarına çevrilsin. Xatırladaq ki, CAR (Mərkəzi Afrika Respublikası) mart ayından üsyançıların buranı işğalından sonra itişaşlardan qurtulmur. Cənab Elison ölkədə Müsəlmanlar və Xristianlar arasında cinsi zorakılıq, işgəncə, mühakiməsiz edamlar və məzhəb zorakılıqları hökm sürdüyünü, regionun iğtişaşlar və qeyri-stabillikdən əziyyət çəkdiyini deyib. CAR Xarici İşlər Naziri Nikolas Tianyage bildirib ki, Fransa münaqişələrdən parçalanmış millətə 800 əlavə əsgər göndərəcək. Hazırda paytaxt Bangiuda Fransanın 410 əsgəri var. Fransa Xarici İşlər Naziri də bu artımı təsdiqləyib. 
Sizin Reklam Yeriniz