Əlaqə Arxiv
news Image
2013.11.26
12:20
| A A A
Liviyada əsgərlərə qarşı fövqəladə hal elan edildi
Bingazidə ordu və Ənsar əl Şəriyə təşkilatı arasında 12 saat davam edən qarşıdurmalarda 9 nəfər ölüb, 49 nəfər yaralanıb. Movqe.Az xəbər verir ki, Liviyada Muammer Qəddafinin devrilməsində əhəmiyyətli rol oynayan və silahlarını buraxmağı rədd edən milis( əlavə əsgər qrupları) qruplarla hökumət arasındakı qarşıdurmalar pik nöqtəyə çatıb. Bingazidə ordu və  Ənsar əl Şəriyə təşkilatı arasında 12 saat davam edən qarşıdurmalarda 9 nəfər ölüb, 49 nəfər yaralanıb. Hadisələrdə təşkilata qarşı orduya dəstək verən silahlı şəxslər diqqət çəkib. Qarşıdurmalardan ötəri fövqəladə hal elan edilən Bingazidə, ordunun şəhərdə yenidən hakimiyyəti təmin edilib. Hadisələrlə əlaqədar Daxili İşlər naziri Sadiq Əbdülkərim, "Bingazini silahlardan təmizləmə qərarının sonuna qədər arxasındayıq" deyərək, Ənsar Əl Şəriyə spikeri nəzarət altında tutduqları təhlükəsizlik nöqtələrinə açılan atəşə cavab verdiklərini bildirib. Ənsar Əl Şəriyə təşkilatı, 2012-ci ildə ABŞ səfirinin həyatını itirdiyi hücumdan məsul tutulur.
Sizin Reklam Yeriniz