Ölkə başçısının tapşırıqlarına uyğun olaraq Səbail rayonu Badamdar qəsəbəsində yeni İdman Kompleksinin inşasına başlanmışdır. Bu barədə Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya Təminatı və Təhlil sektorunun müdiri İsrafil Kərimov məlumat vermişdir.
İlk növbədə Səbail rayon İcra Hakimiyyətinin sifarişi əsasında layihə sənədləri hazırlanmışdır.
2400 kv. metr sahəsi olan müasir dizaynlı iki mərtəbəli, zirzəmili İdman Kompleksi üçün Badamdar qəsəbəsində yer ayrılaraq burada inşaat işlərinə və bura kommunakasiya xətlərinin çəkilişinə başlanmışdır. Kompleksin tikintisində yerli və xarici inşaat materiallarından istifadə olunacaqdır. İdman Kompleksində böyük məşq zalları ilə yanaşı, soyunub-geyinmə otaqları, duşxanalar, sauna, basseyn, istifahət və yardımçı otaqlar, yeməkxana, mətbəx, geniş foye nəzərdə tutulmuşdur. Kompleksin daxilində müvafiq tərtibat işləri görüləcəkdir.
Kompleksin ətraf ərazisində yaşıllıqlar salınacaq və abadlıq işləri aparılacaqdır. Həyətdə avtomobillərin saxlanması üçün yerlər, Həyətdə səkilərə daş döşənəcək, asfaltlaşdırma işləri aparılacaqdır.