Əlaqə Arxiv
news Image
2013.11.26
12:10
| A A A
Dondurucu soyuqlar 13 can aldı
Növbəti günlərdə də davam etməsi gözlənilən yoğun qar və yağış yağışının indidən Dallas hava limanında, 300-dən çox uçuşun ləğvinə səbəb olduğu deyilib Movqe.Az xəbər verir ki, ABŞ-ın cənub qərb bölgəsini təsiri altına alan dondurucu soyuqlar və sərt qasırğa 5 əyalətdə 13 nəfərin həlak olmasına səbəb olub. Növbəti günlərdə də davam etməsi gözlənilən yoğun qar və yağışın indidən Dallas hava limanında, 300-dən çox uçuşun ləğvinə səbəb olduğu deyilib. Beş əyalətdə şiddətli yağışlar həyata mənfi təsir edib, bəzi yerlərdə isə quru nəqliyyatı istifadə edilə bilməz hala gəlib. Oklahomada dörd nəfər ayrı yol qəzalarında həlak olub, Texasda baş verən iki ayrı hadisədə isə dörd nəfər ölüb. Nyu Meksikoda isə dörd yaşındakı bir uşaq əzilərək can verib. Qarın 27 santimetr yüksəkliyə çatdığı Arizonada, Santa Kruz çayına düşən bir nəfər boğularaq həlak olub. 
Sizin Reklam Yeriniz