Əlaqə Arxiv
news Image
2013.11.26
14:58
| A A A
İnternatın yataqxanasını yandıran şəxs tutuldu

Yanğın yataqxanasının 1-ci mərtəbəsində yerləşən anbarda baş verib

Daxili İşlər Nazirliyi Sumqayıtda internat məktəbin yataqxanasının yandırılması barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yataqxananı yandıran şəxs tutulub.


Belə ki, noyabrın 25-də saat 16:45 radələrində Sumqayıt şəhərindəki 1 saylı internat məktəbinin yataqxanasının 1-ci mərtəbəsində yerləşən anbarda yanğın baş verib. Bütövlükdə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.

Yanğını törədən şəxs, həmin yataqxanada yaşayan Qubadlı rayon sakini Əfqan Əhmədov saxlanılıb.


Faktla əlaqədar cinayət işi başlanılıb.

Sizin Reklam Yeriniz