Əlaqə Arxiv
news Image
2013.11.26
19:00
| A A A
Bakıda İƏT-in İqtisadi Tədqiqat Mərkəzi yaradılacaq (FOTO)

İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclasında bununla bağlı qərar qəbul edilib

İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclasında Bakıda İƏT-in İqtisadi Tədqiqat Mərkəzinin (İTM) yaradılması barədə qərar qəbul edilib. Movqe.az-ın məlumatına görə, yeni qərara əsasən Nazirlər Şurasının təsdiq etdiyi hesabatın 43-cü bəndinə görə, Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadi Tədqiqat Mərkəzi yaradılması və onun əsasnaməsinin təsdiqi nəzərdə tutulub. 


Əsasnaməyə görə, İTM İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iqtisadi inkişafı ilə bağlı strateji araşdırmalar aparacaq, iqtisadi layihələr, yeni iqtisad modellər təklif edəcək, səmərəli proqramlar hazırlayacaq.


Sizin Reklam Yeriniz