Əlaqə Arxiv
news Image
2013.11.26
17:32
| A A A
Ukrayna polisi etirazçılarla toqquşdu
Avropa Birliyi liderləri Rusiyanın güclü tənqid atəşinə tutub. Onlar təzyiq etməyə çalışıblar ki, Ukrayna hər şeyə rəğmən masada qalmalı və əvvəldən planlaşdırılmış cümə günü baş tutacaq sammitdə paktı imzalamalıdır

Polis Avropa tərəfdarı nümayişçilərə qarşı göz yaşardıcı qazdan istifadə edib. Rəsmilər həbsdə olan və Moskvanın təzyiqi altında Avropa ticarət paktının rəddiylə bağlı aclıq aksyası başladan müxalifət lideri Yuliya Timoşenkonu təcrid etməyə çalışıb.  Avropa Birliyi liderləri Rusiyanın güclü tənqid atəşinə tutub. Onlar təzyiq etməyə çalışıblar ki, Ukrayna hər şeyə rəğmən masada qalmalı və əvvəldən planlaşdırılmış cümə günü baş tutacaq sammitdə paktı imzalamalıdır. Movqe.Az "The Guardian"a istinadən xəbər verir ki, Polis Kiyevdə ikinci gün toplaşan etirazçılarla ziddiyyət yaşayıb və etirazlarda çıxış edən nümayəndələr insanları küçələrdə qalmağa səsləyib. Küçələrdəki təzyiqi təsirsiz hala gətirməyə çalışan Prezident Viktor Yanukoviç müqaviləni rədd etməyin çətin olduğunu bildirib. O əlavə edib ki, onsuz da zəifləmiş iqtisadiyyata Avropa qanunlarını tətbiq etmək qaçınlmaz haldır. Prezident "Avropa standartlarına uyğun cəmiyyət quracaqlarını" bildirib. " Mənim bu yoldakı siyasətim həmişə olub və mütəmadi olaraq davam edəcəkdir" bir televiziyaya müsahibəsində o, belə deyib. Onun bu sözlərindən dəqiqələr sonra isə Kiyevə yaxın Avropa Meydanında xüsusi qüvvələrin nəzarətində kiçik qrup nümayişçilərə qarşı ziddiyyətlər başlayıb. Müxalifət liderlərindən biri, keçmiş iqtisadiyyat naziri Arseni Yatsenyuk isə Yanukoviçin cəhdlərini "absurd siyasətə bəraət qazandırmaq" adlandırıb. Timoşenkonun vəkili isə Timoşenkonun ictimayətə fikrini dəyişən Yanukoviçə təzyiq etmək üçün yemək yeməyi dayandırdığını bildirib. Timoşenkonun vəkili ictimayyətə onun mesajını oxuyub: "Sizin(xalqın) birliyi əlaməti olaraq, mən limitsiz aclıq aksiyama başlayaraq Yanukoviçdən assosasiyanın müqaviləsini imzalamağı tələb edirəm". Ukrayna həbsxana xidməti Xarkovdakı Timoşenkonun müalicə aldığı xəstəxanaya ziyarətin dayandırıldığını bildirib. İcitmayi səhiyyə tənzimləməsinə görə də, Timoşenko lehinə olan etiraz nümayişçilərinin də bura ziyarəti ləğv olunub. Hətda timoşenkonun qızı 32 yaşlı Yevgenia da anasının yanına getdiyini, lakin içəri buraxılmadığını söyləyib. O,: "Bu mənim anama qarşıqəsdən planlaşdırılmış və qeyri-qanuni olan təcridolunmadır" deyib. Rəsmi Kiyev keçən həftə Moskva ilə ticarət münasibətlərini kəsdikləri qərarını aldıqlarını demişdi. Bu qərara Rusiyanın təzyiqi aylarla davam etmişdi. Belə ki, rəsmi Moskva Ukraynaya qaz və ticarət məhdudiyyətləri tətbiq etmişdi. Öz adına, Moskva Ukrayna təzyiqi adı altında Avropa birliyini ittiham etmişdi. Avropa Birliyinin iki əsas ali rəsmisi- Avropa Şurası Prezidenti Herman Van Rompuy və Avropa Komissiyası Prezidenti Jose Manuel Barroso Rusiyanın fəaliyyətini qınayıb və Avropa Birliyin təklifinin qalması lazım olduğunu deyib: "Biz bu baxımdan Rusiyanın mövqeyini və fəaliyyətlərini qəti şəkildə qınayırıq" . Xatırladaq ki, Rusiya 20410-cu ildə Belarusiya və Qazaxıstanla olan öz gömrük birliyini yaratmışdı və istəyirdi ki, Ukrayna da keçmiş Sovet İttifaqı Üzvi kimi bu birliyə qoşulsun. 

Sizin Reklam Yeriniz