Əlaqə Arxiv
news Image
2013.11.27
10:10
| A A A
Bakıda keçirilmiş GT3 avtomobil yarışına baxmağa gedən 12 yaşlı qız itkin düşüb

Bakıda avtomobil yarışına baxmağa  gedən 12 yaşlı qız itkin düşüb.


Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə barədə İsmayılov küçəsi, 57 ünvanında yaşayan, 1976-cı il təvəllüdlü Müşfiq Məmmədov 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.

 

M. Məmmədov ərizəsində bildirib ki, qızı, 2001-ci il təvəllüdlü Lalə noyabrın 23-də Bakıda keçirilən GT3 avtomobil yarışına baxmaq üçün evdən çıxıb, bir daha geri qayıtmayıb.

 

Hazırda 12 yaşlı Lalənin tapılması istiqamətində iş aparılır. 

Sizin Reklam Yeriniz