Ermənilər növbəti dəfə atəşkəsi pozublar
Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.