Əlaqə Arxiv
news Image
2013.11.27
13:59
| A A A
Şükranlıq Bayramında qasırğa ola bilər
Sinoptiklər qərbi Pensilvaniaya, qərbi Nyu York və Vermonta cümə axşamı 30 sm qalınlığında qar yağdığını deyib.

Böyük ölüm təhlükəsi yaradan ABŞ qış qasırğası Şükranlıq Bayramı ərəfəsində "East Coast"a gedən ziyarətçilərin kefini pozub. Çərşənbə günündən etibarən şiddətli yağışlar və qar səbəbilə Şarlotta, Şimali Karolina, Filadelfia, Pensilvania., Memfis, Tennesse və Baltimore, Merilənddəki bir çox uçuş səfərləri ləğv edilib.  Movqe.Az bu haqda BBC-yə istinadən xəbər verir. Sinoptiklər qərbi Pensilvaniaya, qərbi Nyu York və Vermonta cümə axşamı 30 sm qalınlığında qar yağdığını deyib. Təxminən 43 milyon Amerikalı bayram ərəfəsi səyahət etməyə hazırlaşır. Qasırğa təhlükəsi bayram üçün şəhərdə gedən hazırlıqları da təhlükə altında qoyur. Həmin günü ölkədə Şükranlıq günü paradı keçiriləcək.

Şükran günü (Thanksgiving Day), ABŞ-da və Kanadada müxtəlif günlərdə qeyd olunan milli bayramdır. Kanadada oktyabr ayının ikinci bazar ertəsi günü, ABŞ da isə noyabr ayının dördüncü cümə axşamında qeyd olunur. Bayramın mənşəyi Qırmızıdərili və ilk koloniyaçıların ortaq təşkil etdikləri bir məhsul yeməyi olsa da, bayram günündə bu ölkələrdə Qırmızıdərili ünsürlərdən ayrışarak yalnız ailə və tanrıya həs olunan bir məna kəsb etmişdir.Hind toyuğu bu günün ənənəvi yeməyidir.



Sizin Reklam Yeriniz