Əlaqə Arxiv
news Image
2013.11.27
14:43
| A A A
Sona Vəliyeva: “Azərbaycan mentalitetində qadına daima üstünlük verilib”

"Azərbaycan  bir sıra  beynəlxalq konvensiyalara qoşulub. O sənədlərə riayət etmək bizim də borcumuzdu". Bu fikirləri "Doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının səbəbləri: Mövcud vəziyyətin təhlili və problemin həlli yollar" mövzusunda keçirilən tədbirdə Milli Televiziya Radio Şurasının üzvü, "Kaspi"  qəzetinin təsisçisi Sona Vəliyeva deyib.

O, qeyd edib ki, elə məsələlər var ki, cəmiyyətin inkişafına təkan verir: "Selektiv abortlar cəmiyyəti narahat edən məsələdir. Cəmiyyətdə ayrı seçkilik qoyulur. Qız övladının cinsi öyrənilərək məhv edilir, oğlanların doğulmasına üstünlük verilir. Məhəmməd Peyğəmbər deyirdi ki, övladlar arasında seçim etsəydim, qızım Fatiməyə üstünlük verərdim". 

S.Vəliyeva Azərbaycan mentalitetində qadına daima üstünlük verildiyini deyib.  O  qeyd edib ki, cəmiyyətin maarifləndirilməsində KİV-in rolu danılmazdır: "Biz bunu cəmiyyətə aşılasaq, düzgün qadın obrazı yarada bilsək, KİV-də əks etdirsək, problem öz həllini tapacaq". 

Sizin Reklam Yeriniz