Əlaqə Arxiv
news Image
2013.11.27
15:18
| A A A
İran Prezidenti Həsən Ruhani nikbin ruhlu 100 günlük inkişaf hesabatını təqdim etdi
Ruhani :“Biz xalqımıza qarşı öhdəliyimiz olduğu üçün özümüzlə qürur duyuruq”

 Hakimiyyətinin ilkin mərhələsindən 100 gün keçən İran Prezidenti Həsən Ruhani çərşənbə axşamı hazırladığı nikbin inkişaf hesabatını təqdim etdi, 2 gün sonra isə dünya qüvvələrilə imzalanan nüvə müqaviləsinə öz gənc adminstrasiyasıyla ehtiyac–duyulan dəstək verdi. Bu haqda Movqe.Az "washingtonpost"a istinadən xəbər verir.

"Biz öz xalqımıza qarşı öhdəliyimiz olduğu üçün özümüzlə qürur duyuruq" deyən Ruhani bir canlı televiziya proqramının suallarını cavablandırıb. O bildirib ki, avqust ayında hakimiyyətə gəldiyindən bəri İranın daxili və xarici işlər üzrə idarəsinin planını hazırlayıb. Ruhani öz uğurları arasından infilyasiyanın kəskin azalması, hökümətin 3 qolu arasındakı harmoniya, daxili təhlükəsizlik qadağalarının azalması və İran vətəndaşlarının hüquqlarının nizamnamə layihəsinin hazırlanmasını xüsusi olaraq vurğulayıb. "Vətəndaşlıq hüquqları bütün İran vətəndaşlarının bu millətin bir hissəsi olduğunu hiss etdiyini göstərir, onlar bir çətir altında toplaşaraq bununla fəxr edirlər" deyə Ruhani sözlərinə əlavə edib. İyun seçkilərində qəti qələbə qazanan və daha sonra hökümətin "ümüd və bəsirəti" üçün and içən Ruhani daxili və xarici çətinliklərin öhdəsindən gələcəyinə söz verib. Lakin müvəqqəti nüvə müqaviləsi  son günlərdə bir çox İranlının həsrətlə yolunu gözlədiyi konstruktiv fəaliyyətin əyani nümunəsidir. "Kim nə deyirsə desin, Ruhaninin zamanlaması mükəmməldir. Onun rəhbərliyi 100 günlük Amerika müddətinin nəticələrini göstərir. Digər bütün siyasi arenalar-iqtisadi dəyişiklik, insan hüquqları, siyasi reformasiya, regional  ittifaqlar- Qərblə münasibətlərin yenidən canlandırılmasıya bağlıdır " bu sözləri İranda tez-tez səfərdə olan Prinseton Universitetinin sosioloqu deyib.

"Ruhaninin 100 günlük siyasəti inanılmazdır. Bu müddət ərzində nüvə danışıqları uğurlu nəticələrlə sonlanıb, və bu uğurlar bizim iqtisadiyyaımıza da müsbət təsir göstərib" millətvəkili Həsən Kamran bazar ertəsi verdiyi müsahibəsində belə deyib.

Prezidentin mərkəzi gündəmini 2 əsas sələfi, islahatçı Mahmud Xatami və Mahmud Əhmədnecat da dəstəkləyib. Erkən uğurlarına baxmayaraq, Ruhani İranın təhlükəni hələ də atlatmadıqları xəbərdarlığını edib. "Bizim hələ qət edəcək çox yolumuz var. Hər nə axtarırırsa ona nail olmalıyıq və təkcə milli birlik vasitəsilə hərəkət etməliyik. Biz çoxluqla razılaşmalıyıq".

Ruhanini dəstəkləyənlərin çox olmasına baxmayaraq, onu tənqid edənlər də az deyil. Tənqidçilər Ruhaninin İranın daxili  problemlərilə daha çox məşğul olması lazım olduğunu söyləyirlər.  

Sizin Reklam Yeriniz