Əlaqə Arxiv
news Image
2013.11.27
16:16
| A A A
Putin: "AB-Ukrayna razılaşması Rus iqtisadiyyatına təhlükə yaradır"
Putin Rusiyanın kənd təsərrüfatı, avtomobil və aviasiya sənayesinin zərər görə biləcəyini , bu səbəblə də işsizliyin arta biləcəyini vurğulayıb.

Movqe.Az xəbər verir ki, Rusiya lideri Vladimir Putin , Ukrayna və AB arasındakı iqtisadi əməkdaşlıq müqaviləsinin Rus iqtisadiyyatına "böyük bir təhlükə'" meydana gətirəcəyini söyləyib.

Putin , Moskva və Kiyev arasındakı sərbəst ticarət razılaşması səbəbiylə Avropa məhsullarının gömrüksüz ölkəyə girə biləcəyini vurğulayıb.

Ukrayna hökuməti keçən həftə AB-lə iqtisadi əməkdaşlıq razılaşmasını imzalamağı təxirə salmış , bu səbəblə yüz minlərlə insan etiraz nümayişi təşkil etmişdi. Brüssel də , Kremlin rəhbərliyini Ukraynaya təzyiq etməkdə təqsirləndirmişdi.

Lakin Ukrayna lideri Viktor Yanukoviç razılaşma şərtlərini yaxşılaşdırmaq istədiklərini söyləyib.

Aktivistlər 29 Noyabrda Litvanın paytaxtı Vilniusda keçirilməsi planlaşdırılan AB zirvəsinin sonuna qədər etirazlarını davam etdirəcəklərini söyləyir. Ukraynanın AB-lə müqaviləni bu zirvədə imzalaması planlaşdırılıb. Putin Rusiyanın kənd təsərrüfatı, avtomobil və aviasiya sənayesinin zərər görə biləcəyini , bu səbəblə də işsizliyin arta biləcəyini vurğulayıb.

Sizin Reklam Yeriniz