Əlaqə Arxiv
news Image
2013.11.27
16:31
| A A A
Azərbaycanda zavodda döyüşə yararlı qumbara tapılıb
Sumqayıtda zavodda qumbara aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətindən (XRXX)APA-ya verilən məlumata görə, bu gün saat 11.06-da 112 Xidmətindən Sumqayıt  şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən "Azərikimya" İstehsalat Birliyinin Polietilen Zavodunda partlayıcı qurğu olması barədə daxil olub.

 

Əməliyyat məlumatına əsasən, XRXX-nin kinoloqları və pirotexniki işlər üzrə mütəxəssisləri hadisə yerinə çıxıblar.

 

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, ərazidə aparılan təmir-tikinti işləri zamanı fəhlələr tərəfindən 1 ədəd "F-1" markalı əl qumbarası aşkar edilib.

 

Xidmətin mütəxəssisləri ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib, adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdıraraq axtarış  əməliyyatına başlayıblar.

 

Xidmətin mütəxəssisləri tərəfindən əl qumbarasına baxış zamanı məlum olub ki, döyüşə yararlıdır.

 

Aşkar edilmiş partladıcı qurğu hadisə yerində olan Xidmətin mütəxəssisləri tərəfindən  götürülüb və Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin inzibati ərazisində yerləşən partlatma meydanında partladılaraq zərərsizləşdirilib.

 

Adıçəkilən ərazidə mütəxəssislər tərəfindən təkrar baxış keçirildikdən sonra digər  partlayış təhlükəli əşya aşkar olunmayıb.

Sizin Reklam Yeriniz