Əlaqə Arxiv
news Image
2013.11.27
17:22
| A A A
Azərbaycanda enerji səmərəli binalar inşa oluna bilər
Cahangir Qocayev: "Bizdə də binaların damında günəş batereyaları yerləşdirilə və evlər həmin enerjidən istifadə etməklə qızdırıla, işıqlandırıla bilər" Avropa Birliyi ölkələrində enerji səmərəli olmayan binaların tikintisinə qadağa qoyulur. Artıq bu istiqamətdə sərt qaydaların tətbiqinə başlanılıb.  Enerji səmərəli dedikdə binaların həm istilik saxlama, həmçinin də, alternativ enerji mənbələrindən yararlana bilmək imkanları başa düşülür. Qeyd edək ki, Azərbaycanda da  artıq alternativ enerji mənbələrin geniş tədqiqatına başlanılıb. Hətta bəzi ərazilərdə bunun üçün xüsusi qurğular da quraşdırılıb. Bəs görəsən Azərbaycanda necə, gələcəkdə enerji səmərəsi 0-a bərabər olan yaşayış binalarının, sosial obyektlərin tikintisinə qadağa şamil oluna bilərmi? Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev Movqe.az-a açıqlamasında bunun istisna olmadığını bildirib. C. Qocayev deyir ki, Azərbaycanda da gələcəkdə binaklar tikilərkən enerji səmərəli olması şərt kimi qoyula bilər: "Ümumiyyətlə binaların enerji səmərəli olması tələbi var. Binalar inşa olunarkən texniki dayanıqlığı, səs keçirməzliyi ilə yanaşı istilik saxlama qabiliyyəti də nəzərə alınır. Amma hələki Azərbaycanda alternativ enerji mənbələri vasitəsilə qızdırılan binalar yoxdur. Gələcəkdə təbii ki, bu istisna deyil. Xarici ölkələrdə olduğu kimi, bizdə də binaların damında günəş batereyaları yerləşdirilə və evlər həmin enerjidən istifadə etməklə qızdırıla, işıqlandırıla bilər". 

C. Qocayevin sözlərinə görə, hələki Azərbaycanda yeni tikililərə bu şərti qoymaq düzgün olmazdı: "Bizdə alternativ enerji mənbələrinin öyrənilməsi məqsədilə yeni agentlik yaraddılıb. Samuxda salınacaq bir yaşayış massivində evlər alternativ enerjidən bəhrələnirlər. Bu təcrübə yarandıqdan sonra yəqin ki, gələcəkdə bizdə bu texnologiyadan geniş istifadə edəcəyik".  

   

Sizin Reklam Yeriniz